İki avtomobil toqquşdu, 2 nəfər öldü
Bərdədə yol qəzası olub.
Həsənqaya kəndi ərazisində 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub.
Nəticədə "VAZ 21011" markalı avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. "VAZ 21099" markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, "VAZ 21011" markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə RMX-yə yerləşdirilib. Ağayev Mirəli Mehman oğlu xəstəxanada dünyasını dəyişib.
Araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi