İki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun 29-cu kilometrliyində, Qax rayon ərazisində baş verib. Qax rayon Almalı kənd sakini, 2003-cü il təvəllüdlü Şamo Şəfizadənin idarə etdiyi "Merceds Benz" markalı minik avtomobili ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı Qax rayonun Lələpaşa kənd sakinləri, 1965-ci il təvəllüdlü Məlahət Ziyəddin qızı Əzizxanova, 1989-cu il təvəllüdlü Elşən Sərvər oğlu Əzizxanov, 2015-ci il təvəllüdlü Sərvər Elşən oğlu Əzizxanlı və rayonun Zəyəm kənd sakini 1990-cı il təvəllüdlü Nübar Saleh qızı Cumalıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu