İki maşın arasında qalaraq faciəli şəkildə öldü - APA TV

# 16:58
29 iyun 2022

Goranboyda yol qəzası olub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb. 50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini yolda təmir edir. Nəqliyyat vasitəsinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb. Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Goranboy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR