İki nəfərin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.
APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 11 nəfər, o cümlədən Şəki şəhərinin Qırxbulaq kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində maşında sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının və Gəncə şəhərinin Nizami rayonunda 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi