İki qardaş birləşib görün nə etdilər - APA TV
Quba Rayon Polis Şöbəsi Qonaqkənd Polis Bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri iki qardaş Zaur və Vüqar Bəgiyevi saxlayıblar. DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşların meşə zolağında əkib yetişdirdiyi 156 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb. Bundan əlavə olaraq həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman 1,5 kiloqram narkotik vasitə olan marixuna, 90 ədəd çətənə (kannabis) bitkisinin qalıqları (qurudulması üçün qoyulan) aşkar olunaraq götürülüb. Həmçinin, davam etdirilən əməliyyat tədbirləri zamanı Vüqar Bəgiyevin evinə baxış zamanı oradan bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı