İki şəhərdən qızları aldadıb Türkiyəyə apardılar, başlarına gəlməyən qalmadı

# 15:48
11 aprel 2022

İnsan alverində təqsirləndirilən Məsdan Dadaşova və Gülnarə Məhərrəmovanın cinayət işləri üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, cinayət işləri üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məsdan Dadaşovanın işi hakim Rasim Sadıxov, Gülnarə Məhərrəmovanın işi isə Azad Məcidovun icraatına verilib.

 

Əldə etdiyimiz məlumata görə, 60 yaşlı Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək zərərçəkmişləri Türkiyənin Aksaray şəhərinə aparıb. Hər üç zərərçəkmiş Sumqayıt şəhərində yaşayıblar. Məlumata əsasən, Məsdan Dadaşova hər üç qurbanını növbə ilə Türkiyənin qeyd olunana şəhərinə aparıb və orada onları fahişəliyə cəlb edib.

 

Digər təqsirləndirilən şəxs 47 yaşlı Gülnarə Məhərrəmovanın əməlindən isə 4 qadın zərər çəkib. Onların hər biri Şəmkir rayonunda yaşayıblar. Gülnarə Məhərrəmova 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayınadək qurbanlarını Türkiyənin Balıkesir şəhərinə, Burhaniye qəsəbəsinə aparıb. Daha sonra onları müxtəlif kişilərlə cinsi istismara sövq edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR