İkimərtəbəli ev əşyaları ilə birlikdə yanıb

# 16:38
14 may 2023

 

Bərdədə ikimərtəbəli ev yanıb. APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində baş verib. Kənd sakini Kazımov Mahir Heydər oğluna məxsus 10 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Bərdə rayonunun Böyük Göyüşlü kəndində ümumi sahəsi 390 m² (hər mərtəbəsi 195 m²) olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR