İkinci turda kim nə qədər səs toplayacaq?
“Sonar” araşdırma mərkəzi mayın 28-də keçirilməsi gözlənilən seçkilərin 2-ci turundan əvvəl insanlar arasında sorğu keçirib. Mərkəzin rəhbəri Hakan Bayraqçı keçirilən sorğunun nəticələrini açıqlayıb.Nəticələrə əsasən, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 52,1% səslə qalib olacaq.
Qeyd edək ki, H.Bayraqçının mayın 3-də keçirdiyi sorğunun nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan 48,8%, Kamal Kılıçdaroğlu isə 44,1% səs toplamışdı.
Ötən gün baş tutan seçkilərdə Ərdoğan 49,4, Kılıçdaroğlu isə 44,96 faiz səs toplayıb ki, bu da cüzi yanlışlığa rəğmən, sorğu şirkətinin ikinci tur olacağı barədə proqnozunu doğruldub.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib