İlon Maskın şirkətində çalışan azərbaycanlı kimdir?
ABŞ-ın Azərbaycandakı Səfirliyi “SpaceX”də çalışan azərbaycanlı gənc Asim Manizadə ilə bağlı paylaşım edib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda azərbaycanlı gəncin uğur hekayəsindən danışılıb. Qeyd olunub ki, Asim ABŞ-da liberal incəsənət kollecində təhsil alıb və ABŞ-ın başqa bir texnologiya şirkətində işləyərkən bir patentin həmmüəllifi olub.
Məlumat üçün bildirək ki, Asim Manizadə Bakıda Avropa Liseyini bitirib, sonra isə Amerikada ali təhsil alıb və işləyib. Onun atası Vladi Manıyev tanınmış sığortaçıdır, ölkənin aparıcı sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri olub. Vladi Maniyev, həmçinin mərhum aktyor, Xalq artistli Muxtar Manıyevin qardaşı oğludur. Asim Manizadənin anası isə nüvə sahəsi üzrə məşhur fizik Rafil Rzayevin qızıdır.
Hazırda “SpaseX” şirkətində kibertəhlükəsizlik mühəndisi vəzifəsində işləyən A. Manizadə 7 il bundan öncə “Feysbuk” şirkətində kibertəhlükəsizlik və elektron cinayətlərin araşdırılması sahəsində çalışıb.
Qeyd edək ki, “SpaseX” NASA-nın tərəfdaşıdır. Şirkətin sahibi İlon Maskdır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib