Bakıda “Makarov” satmaq istəyirdi, yaxalandı
Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu