İngilisləri heyran qoyan azərbaycanlı şagirdlər

# 20:04
18 avqust 2023

“Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərinin istedadlı şagirdləri Böyük Britaniyada keçirilən IMEC riyaziyyat yarışmasının qlobal mərhələsində 5 kateqoriya üzrə mübarizə aparıb. Şagirdlərimiz əsası I Elizabet tərəfindən qoyulan Harrov məktəbində 1 həftə müddətində həm yarışda iştirak edib, həm də oranın təhsili ilə tanış olublar. Riyaziyyatçılarımız 13 qızıl, 18 gümüş, 14 bürünc medal qazanıb. Hər kateqoriya üzrə ən yüksək nəticə göstərən şagirdlər 100 və 50 faizlik ödəmə ilə Kembric nəzdində fəaliyyət göstərən İnternational Well Rounded School-da təhsil almaq imkanı qazanıblar. Riyaziyyatçılarımız avqustun 14-də vətənə qaydıblar. Onlar APA TV-nin qonağı olub və öz təəssüratlarını bizimlə paylaşıblar. IMEC Riyaziyyat yarışında 38 ölkə arasında ən çox medal qazanan Azərbaycan komandası olub. Qeyd edək ki, mükafatlandırma tədbirində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyindən Eltay Aslanov iştirak edərək ölkəmizin fövqalədə və səlahiyyətli səfiri Elin Süleymanovun təbriklərini şagirdlərə çatırıb. AYNUR QARA HƏZRƏT BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR