İnsan alverinin qurbanına çevrilən 326 nəfər kimlərdir? - APA TV

# 16:09
28 iyul 2022

30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Daxili İşlər Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birlikdə dəyirmi masa təşkil olunub.

 

APA TV xəbər verir ki, “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”ndan danışaraq bildirib ki, indiyədək Sosial Xidmətlər Agentliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 326 şəxsin sosial reabilitasiyası işləri aparılıb.

 

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev insan alveri ilə mübarizədə birgə fəaliyyət müstəvisində görülən tədbirlərin əhəmiyyətini qeyd ediblər.

 

Qeyd edək ki, BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin insan alveri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsidir.

 

Mir Çingiz Ağazadə,

Fariz Quluyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR