İnsanlar artıq bankdan yox, deputatdan kredit istəyir - Siyavuş Novruzov
“Azərbaycan cəmiyyətində bank sistemində çox ciddi problemlər var”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, insanlar artıq bankdan yox, deputatdan kredit istəyir: “Prezident İlham Əliyevin apardığı uğurlu maliyyə siyasətinə baxmayaraq, ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Vətəndaşların bu valyuta ehtiyatlarının müəyyən hissəsinə əlçatanlığı təmin edilməlidir”.
Deputat bildirib ki, hazırda dünyada pul-maliyyə siyasəti dəyişib: “Digər ölkələrin milli valyutalarında olan problemlər Azərbaycandan da yan keçmir”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?