2 ilə 1,3 trilyon dollar itki: Turist axını 72 faiz azalıb

# 16:06
28 iyun 2022

Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası keçirilir. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə İƏT ölkələrinin turizm nazirləri, turizm assosiasiyalarının rəhbərləri və digər rəsmilər iştirak edir. Konfrans Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən prezident İlham Əliyevin salamlama mətninin oxunması ilə başladı. Agentlik sədri daha sonra bildirdi ki, bu gün Azərbaycana səfər edən turistlərin 55 faizini İƏT ölkələrindən gələnlərdir.

 

Daha sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha qeyd edib ki, 2019-cu illə müqayisədə ölkələrimizə turist axını 72 faiz azalıb. Bu, qlobal miqyasda 1,3 trilyon dollar gəlir itkisinə səbəb olub. 2020-ci ildə də turizmdə 60 faiz azalma olub.

 

Banqladeşin turizm naziri Şahcahan Xan da çıxışında bildirdi ki, turizm ölkələrin inkişafına böyük töhfə verə biləcək sahədir.

 

Qeyd edək ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

 

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR