“İnstagram”da İran vətəndaşı ilə danışdı, Masallıya gəldi və...
Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş İsmət Çobanov saxlanılıb:
Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman ümumi təmiz çəkisi 1 kiloqram 175 qram külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı İsmət Çobanovun həmin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib: “Mən “instagram”da İran vətəndaşı ilə danışmışdım. O, mənə dedi ki, Masallı ərazisində qoyacağam malı, gəlib oradan götürərsən. Mən də gəldim Masallıya, o da qoymuşdu ora, gəlib götürdüm torbada idi, götürəndə polis əməkdaşları məni orada tutdular”.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq