Qadın mafiya başçısı tutuldu
Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində “Xanımağa” ləqəbli qruplaşma lideri Güniz Akkuş və onun adamı Mustafa Kamal Yavuz ələ keçirilib.
Yerli mediada yer alan xəbərə görə, polisin keçirdiyi əməliyyatlar “qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, əmlaka zərər vurma və talama” faktları ilə əlaqədar olub.
Güniz Akkuş və Mustafa Kamal Yavuz məhkəmə zalındaca həbs olunaraq, cəzaçəkmə məntəqəsinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu