İran daha bir ölkəyə PUA-lar göndərir
İran Myanma hərbi hökumətinə pilotsuz təyyarələr, Çin istehsalı olan PUA mühərrikləri və ehtiyat hissələri göndərib.
Bu barədə Myanma ordusunun yüksək rütbəli zabiti açıqlama verib.
O, çevrilişdən sonra hərbi hökumətin PUA-lara ehtiyacının artdığını, İrandan əldə olunan pilotsuz uçuş aparatlarından müxaliflərə qarşı istifadə edildiyini bildirib.
Hazırda mühacirətdə olan Myanma Müdafiə Nazirliyinin sabiq sözçüsü isə İran ölkəsi ilə hərbi əməkdaşlığından narahatlığını ifadə edib:
"Tehran hökumətinin Myanma hərbi hökumətinə dəstəyi bölgə və dünya üçün təhlükəlidir", - o qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu