“İran hələ də vətəndaşlarının Xankəndiyə səfərinə izah verməyib” - XİN müavini
Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib. “Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineralların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran İslam Respublikası tərəfindən bəzi şəxslərin bölgəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib”, - nazir müavini qeyd edib.
DİGƏR XƏBƏRLƏR
![“Zebra”ları tapmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur](https://apa.az/storage/apa-tv/news/2024/june/28/big/667ebc1a88e61667ebc1a88e621719581722667ebc1a88e5f667ebc1a88e60.jpg)
“Zebra”ları tapmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur
![“33 il az il deyil, uşaqları gəldik burda böyütdük” – Daha 21 ailə Laçına yola düşdü](https://apa.az/storage/apa-tv/news/2024/june/28/big/667e6c1169980667e6c11699811719561233667e6c116997d667e6c116997f.jpg)
“33 il az il deyil, uşaqları gəldik burda böyütdük” – Daha 21 ailə Laçına yola düşdü
![Yol polisi postuna silahlı basqın edənlər, kilsələri və sinaqoqu yandıranlar kimlər idi? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/26/big/667c35ce3724b667c35ce3724c1719416270667c35ce37249667c35ce3724a.jpg)
Yol polisi postuna silahlı basqın edənlər, kilsələri və sinaqoqu yandıranlar kimlər idi? – APA TV
![Milli Qərəman Natiq Qasımovun anası və bacıları APA TV-yə danışdılar - APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/26/big/667c3524963c2667c3524963c31719416100667c3524963c0667c3524963c1.jpg)