İran səfirliyinin qarşısında aksiya: "Fəridi qaytarın!"
Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.
Piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.
Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.
Qeyd edək ki, Fərid Səfərli İranda itkin düşüb. Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. Fərid Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, ondan hələ də xəbər yoxdur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib