Qarabağ Universitetinin təməli qoyulacaq

# 21:06
3 dekabr 2021

“Su ehtiyatlarının 70%-i ölkə xaricində formalaşan Azərbaycanın Qarabağdakı su resurslarına çıxışı önəmlidir. Bu ərazilərdə ekoloji əhəmiyyətə malik relikt göllər, çoxsaylı çaylar, su anbarları var”.

 

Bunu "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın mineral su ehtiyatlarının 40%-ə qədəri işğaldan azad olunmuş ərazilərdədir:

 

 “Burada təbii olaraq çıxan yüksək ehtiyata malik mineral bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların istifadəsi də böyük əhəmiyyət kəsb edir. Burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa edilir, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil olunur. Lakin bu gün çayların çirklənmə səviyyəsinə nəzarət məqsədilə mütəmadi monitorinqlər keçirilir. Yerli və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən aparılan analizlərin nəticələrinə əsasən həmin ərazidən axan transsərhəd çayların çirklənməyə məruz qaldığı müəyyən edilib”.

 

Muxtar Babayev bildirib ki, Oxçuçaya Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının, eləcə də Qafan filiz emalı zavodunun təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab sularının davamlı olaraq atılması çay hövzəsinin çirklənməsinə səbəb olub. Bu isə çayın Azərbaycandan keçdiyi ərazilərinin ekoloji sistemini deqradasiyaya məruz qoyur

 

"Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanıb və bu problemin birlikdə həll olunması ilə bağlı çağırışlar edilib. Bununla yanaşı, ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir. Lakin çox təəssüflər olsun ki, bütün bu kimi müraciətlərə və haqlı tələblərə rəğmən, hələ də Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir”.

 

Nazir həmçinin vurğuladı ki, işğaldan azad olunmuş ərazilərdə meşə fondunun genişmiqyaslı bərpasını nəzərdə tutan proqram hazırlanıb. Proqram çərçivəsində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirləri nəzərdə tutulur.

 

"Artıq həmin ərazilərdə ağacların əkilməsi və toxum səpini işlərinin aparılmasına başlanılıb. Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq. İşğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz. STIK: Bu baxımdan STIK: “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platforması”nın yaradılması nəzərdən keçirilir”.

 

Nazir həmçinin Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik “Tutxun” təzahür sahəsində artıq geoloji-axtarış işlərinə başlanıldığını diqqətə çatdırıb.

 

Forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov isə bildirib ki, Heyvandarlıq sahəsində diri heyvan və heyvan mənşəli məhsulların ixrac yönümlülüyünün təşkili məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə birgə işlər aparılır.

 

 “Hazırda Fizuli rayonu ərazisində giriş-karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiyalaşdırılması, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanılmasının həyata keçirilməsi planlaşdırılır. Qarabağda kənd təsərrüfatının inkişafı bütövlükdə ölkənin inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə, əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində 100 min hektarlarla sahənin suvarılması təmin ediləcək”.

 

İnam Kərimov həmçinin qeyd edib ki, Zəngilan rayonunda yaradılan "Ağıllı kənd"də aqrar sahənin komponentlərinin müasir şəhərsalma elementləri ilə uzlaşdırılması nəzərdə tutulur və çox yaxın gələcəkdə ilk məskunlaşma layihəsi "Ağalı kənd"də baş tutacaq. Nazir həmçinin qeyd edib ki, artıq azad olunmuş digər ərazilərdə, Fizuli rayonunun Dövlətyarlı kəndində sayca ikinci "Ağıllı kənd"in təməli qoyulub və icrası üzrə işlər davam etdirilir.

 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə qeyd etdi ki, hazırda Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq. Universitetin konsepsiyası üzərində işlənilməlidir.

 

Aytən Sakitqızı

Kamran Namazov

Apa tv

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR