İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi
İranın Kərəc şəhərində yaşayan həkim Həmid Qarahəsənli barəsində ölüm hökmü verilib.
Bu barədə “BBC” məlumat yayıb. 53 yaşlı radioloqun İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsi işi üzrə ittiham edilərək edam cəzasına məhkum edildiyi bildirilir.
Həmid Qarahəsənlinin həyat yoldaşı, 46 yaşlı Fərzanə Qarahəsənli isə 25 il müddətə azadlıqdan məhrum edilib.
Yerli media sözügedən cütlüyün azərbaycanlı olmasını iddia edir.
Qeyd olunur ki, ailə ölkədəki etirazlar zamanı öldürülən Hədis Nəcəfi adlı qadının 40 mərasiminə qatıldıqdan sonra saxlanılıblar. Daha sonradan cütlüyə qarşı ittihamlar irəli sürülüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu