İranda daha bir azərbaycanlı milli fəal həbs edildi
İranda daha bir azərbaycanlı milli fəal həbs edilib.
APA TV "MOUZE" telegram kanalına istinadən xəbər verir ki, Milli fəal Yusif Kari İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
Kanalın yaydığı məlumata görə, oktyabrın 5-i axşam saatlarında özünün iş yerində həbs edilən fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə xəbər yoxdur.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 1-də Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları qüvvələri Yusif Karinin ata evinə basqın edib və fəal evdə olmadığı üçün onu həbs edə bilməmişdilər.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”