İranda “Instagram”a giriş məhdudlaşdırılıb

# 11:54
22 sentyabr 2022

İranda “Instagram”a giriş ciddi şəkildə məhdudlaşdırılıb.

 

APA TV-nin Tehran bürosunun məlumatına görə, İrandan olan istifadəçilər “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

 

Bundan başqa qlobal internetdəki kəsinti və fasilələri izləyən Londonda yerləşən “NetBlocks” qrupu da bu gün İranda etirazlar fonunda “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

 

“NetBlocks” qeyd edir ki, trafiklər sosial şəbəkəyə girişin bütün internet provayderləri tərəfindən pozulduğunu və İranın milli internet bağlantısının normal səviyyədən 79%-ə endiyini göstərir.

 

Bundan başqa, paytaxt Tehranda və bir neçə böyük şəhərdə mobil operatorlarda internetə çıxış kəsilib. Mobil internet istifadəçiləri yalnız yerli saytlara daxil ola bilirlər.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR