İranda polislər kişini arvadının yanında döyüb öldürdülər - ANBAAN
İranın İsfahan şəhərində mülki geyimli polislərin qandonduran cinayəti yayılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə "MOUZE" telegram kanalı məlumat yayıb. Bildirilir ki, bir neçə gün öncə çəkilmiş videoda mülki geyimli polislərin vətəndaşı arvadının yanında yerə yıxaraq döydüyü müşahidə olunur.
Vəziyyətinin ağır olması ilə sezilən şəxs bir neçə dəqiqə sonra ayağa qalxaraq səndələyərək motosikletə minir, bir neçə metr irəlidə huşunu itirir, sonra isə motosikletdən yıxılır.
Videonu yayan şəxsin dediyinə görə, bu şəxs xəstəxanaya aparıldıqdan sonra ölüb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib