İranda yüzlərlə qız zəhərləndi, Tehran rejiminə qarşı aksiyalar alovlandı

# 19:14
4 mart 2023

Ərdəbildə məktəblərdə zəhərlənən şagirdlərin valideynləri martın 4-ü səhər saatlarından etiraz aksiyası keçirməyə başlayıblar. Onlar Təhsil İdarəsinin qarşısına toplaşaraq övlad­larının məktəblərdə təhlükəsizliklərinin təmin olunmamasına etiraz ediblər. Sosial şəbəkələrin İran seqmentində yayılan görüntülərə görə, aksiyalar Azərbaycanın güneyindəki digər şəhərlərdə də keçirilib. Məlumata görə, şagirdlərin zəhərlənməsi faktı Təbriz, Urmiyə, Həmədan, Zəncan və Gərmi şəhərlərində baş verib.

 

Qeyd edək ki, təkcə martın 1-də Ərdəbil şəhərinin 9 məktəbində 400, martın 2-də isə Aslanduz şəhərinin "Zeynəb" qız məktəbində 48, martın 4-də "Nur əl-Zəhra" orta məktəbində 30 şagird zəhərlənərək xəstəxanalara yerləşdirilib. Şagidlərin valideynləri və bəzi fəallar zəhərlənmə hadisəsinin hökumət tərəfindən qəsdən törədildiyini iddia edirlər.

 

Maraqlıdır ki, Əli Xameneyinin Ərdəbil əyalətindəki nümayən­dəsi və Ərdəbilin cümə imamı Həsən Amili qızların zəhərlənməsi ilə bağlı açıqlama verib. O bildirib ki, İran höku­mə­tinə qarşı ittiham əsassızdır və bu cür hadisələrin hakimiyyətə heç bir xeyri yoxdur.

 

Onun çıxışı sosial şəbəkələrdə də mü­za­kirə edilərək yalançının and içməsinə oxşadılıb. İran parlamentinin deputatları Şəhriyar Heydəri və Calal Rəşidi Kuçi də baş verən zəhərlənmə hadisələrinin qəsdən törədildiyini deyiblər. Bildiriblər ki, təhlükəsizlik məmurlarının olduğu məktəblərdə zəhərlənmə hallarının baş verməsi şübhəlidir və bu məqsədyönlü şəkildə həyata keçirilib. Molla rejiminin nəzarətində olan ərazilərdəki zəhərlənmə ilə bağlı Birləşmiş Millətlər Təşkila­tının İnsan Haqları üzrə Ali Komissarlığı da bəyanat yayıb. Bildirilib ki, araşdırılma şəffaf aparılmalı və səbəbkarlar cəzalandırılmalıdır.

 

Almaniyanın xarici işlər naziri Analena Berbuk da məktəblərdə baş verən zəhərlənmə hadisələrini şokedici adlandırıb və vurğulayıb ki, şagirdlərin məktəbə getmək haqları pozulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR