İrəvan erməniləri dəhlizdə təxribat üçün yola çıxdılar

# 12:33
26 dekabr 2022

Xankəndi - Laçın yolunda keçirilən dinc etiraz aksiyaları 15 gündür ki, davam edir. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə çıxan aksiya iştirakçıları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə monitorinqlərin keçirilməsini tələb edirlər.

Bu gün isə Ermənistandan olan bir qrup aktivist dəhlizdə təxribata əl atacaqlarını bəyan ediblər.
 

Ermənistanın "Factor" saytı yazır ki, irəvanlılar səhər saatlarında öz maşınları ilə Laçın dəhlizinə yola çıxıblar. Onlar hazırda sülhməramlıların aksiyaya görə bağladıqları yoldan keçmək üçün bu addımı atdıqlarını bəyan ediblər.

“Biz Gorusa gedirik ki, orada Qarabağa keçə bilməyən uşaqlarla görüşəcəyik. Onları şənləndirəcək, hədiyyələr verəcəyik. Yalnız bundan sonra nəzarət-buraxılış məntəqəsinə keçmək niyyətindəyik. Bunun üçün Ermənistan polisi və Rusiya sülhməramlıları ilə də danışıqlar aparmağa çalışacağıq”, - Bu sözləri jurnalistlərə təxribatçı layihənin təşəbbüskarı olan Samvel Movsisyan deyib.

Qeyd edək ki, Xankəndidən də bir neçə dəfə yolun bağlı qalan hissəsinə doğru oxşar təxribat yürüşləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR