İsa Həbibbəyli AMEA-da nələri dəyişəcək? – APA TV

# 20:06
25 oktyabr 2022

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

 

Tədbirdə akademik Arif Həşimov bildirib ki, yığıncağın gündəliyindəki əsas məslələrdən bir də AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsidir.

O, bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.

AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər. Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.

Səsverməyə əsasən, İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.

Media təmsilçiləri iclasa buraxılmayıb. Buna görə də AMEA-nın yeni prezidenti ilə telefon əlaqəsi yaradıb, fikirlərini öyrənməyə çalışdıq: “Başa düşürəm ki, bizim qarşıda akademiyanın nüfuzunu bərpa etmək və akademiyanın yenidən təşkilatlanmasını həyata keçirtmək. Akademiyanın qarşısında mühüm vəzifələr durur. Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək. Dünya elmi naliyətlərini ölkəmizə gətirək”.

Onu da bildirək ki, seçkidə 41 nəfər iştirak edib. 40 nəfər İsa Həbibbəylinin lehinə səs verib, 1 səs isə etibarsız sayılıb.

NURLAN SAKİTOĞLU

XƏYAL İSGƏNDƏROV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR