İsinmək üçün qaladığı ocaq həyatı bahasına başa gəldi
Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 62 yaşlı Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, meyiti tapılan şəxs tüfeyli həyat tərzi yaşayıb. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü olduğu bildirilən şəxs elə qaladığı ocağın səbəb olduğu yanğında dünyasını dəyişib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Fuad Nazimoğlu
APA TV, Tovuz
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu