Veteran hərbçi uşaqlarını güllələdi, 5 nəfər öldü

# 11:42
23 mart 2023

ABŞ-ın Cənubi Karolina ştatında silahlı incident olub.

 

APA-nın "ABC News"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç uşaq və bir kişi ölüb.

 

Cinayəti törədən veteran hərbçi keçmiş arvadının evinə gələrək öz uşaqlarını və 38 yaşlı hərbi qulluqçunu öldürüb.

 

Ölənlərdən ikisi onun uşağı olub.

 

Onun keçmiş arvadı sağ qalıb.

 

Daha sonra o özünü öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR