İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub, selin fəsadları aradan qaldırılır
Dünən gecə saatlarında İsmayıllının bir neçə kəndindən sel keçib. Sel Lahıc və ətraf kəndlərdə bir sıra fəsadlar törədib. Sel Lahıc və ətraf kəndlərdə bir sıra fəsadlar törədib. Şəxsi təsərrüfatlara, turizm obyektlərinə, eləcə də infrastruktura ziyan dəyib. Hazırda əraziyə dəymiş ziyan hesablanır, selin törətdiyi fəsadlar aradan qaldırılır. Ərazi ağır texnika və canlı qüvvə cəlb olunub. İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb. Sözügedən yolda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. İlham Əhmədov, Taleh İbrahimov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib