İsrail HƏMAS-ın yüzlərlə hərbi obyektini vurdu
İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) ötən gün HƏMAS-ın 450 hərbi obyektinə zərbə endirib, təşkilatın xüsusi əməliyyatlarına cavabdeh olan, “Abu Mazzab” kimi tanınan briqada komandiri Camal Musa (Jamal Musa) öldürülüb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, HƏMAS döyüşçülərinin toplaşdığı tunellər, komanda mərkəzləri, hərbi bazalar, müşahidə məntəqələri və tank əleyhinə raket qurğuları hədəfə alınaraq vurulub. Həmçinin əlavə olunub ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində HƏMAS-a məxsus hərbi düşərgəni nəzarətə götürüb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib