“İST Petrol” Əhmədlidə benzinə su qarışması təsdiqləndi – APA TV
Sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. Sürücülər bildiriblər ki, yanacağa benzinlə birlikdə başqa maddələr də qatılıb. Bu səbəbdən bir neçə avtomobil yolda qalıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən görüntülərə “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti münasibət bildirib. Qeyd olunub ki, “İST Petrol” MMC məsələni nəzarətə götürüb, araşdırma aparılıb və sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb və problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu