İstefa verən Ramiz Mehdiyev AMEA-dan belə ayrıldı

# 17:27
19 fevral 2022

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı keçirilib.

APA TV xəbər verir ki, jurnalistlər Ümumi yığıncağa buraxılmayıb.

Təxminən 30 dəqiqə sürən yığıncaqdan sonra akademik Nizami Cəfərov jurnalistlərə açıqlamasında növbəti seçkilərin axın vaxtlarda keçiriləcəyini deyib: “AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib. Fevralın 19-da akademiyanın Ümumi Yığıncağı keçirilDİ. Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. Səs çoxluğu ilə istefa ərizəsi qəbul olundu. Əsas AMEA-nın bundan sonra qalıb fəaliyyətini davam etdirməsidir. İnanıram ki, davam edəcək”.

Jurnalistlərin nizamnaməsinə əsasən, Ümumi yığıncağın bu il aprel ayının sonunda keçiriləcəkmi –sualına  akademik bununla bağlı heç bir məlumatı olmadığını deyib.

Sevinc Vaqifqızı

Xəyal İsgəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR