İstehsal etdiyimiz bu silahları İLK DƏFƏ GÖRƏCƏKSİNİZ

# 02:32
7 sentyabr 2022

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisinin rəsmi açılışı olub. APA TV xəbər verir ki, Müdafiə sənayesi naziri Mədət Quliyev sərgi iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir bildirib ki, sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra qazandığı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun qələbəsində önəmli rol oynamış hərbi-sənaye komplekslərinin gücü və müasir silahlar nümayiş etdirilir. İştirakçılar arasında Türkiyə, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland, Rusiya, Belorus və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə birlikdə 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisini ziyarət ediblər. Hər iki general birlikdə sərgini gəziblər və yeni silahlarla bağlı müzakirə aparıblar. Ziyarətçilərin və elə bizim də diqqətimizi daha çox yerli istehsal olan müasir silahlar çəkdi. Əlimdə gördüyünüz bu oyuncağa oxşar dron hərbi təyinatlı və tam olaraq yerli məhsuldur. İlk dəfə bu sərgidə nümayiş olunur və Kamikadze dronudur. “Qırğı” adlanan bu drondan başqa, yerli kamikadze dronları arasında “Quzğun” da yer alır. Bunlarla yanaşı, “Qartal” və “Şahin” bombaatan dronları da döyüş qabiliyyətinə malikdir. “Qartal” 81 mm-lik, “Şahin” isə 60 mm-lik minaatan sursatı daşıyır və həmin sursatları hədəfə ata bilir. Azərbaycanda “Simurq” döyüş dronu da istehsal edilən hərbi məhsullar sırasında yer alır. Sərgidə nümayiş etdirilən yeni yerli istehsal olan silahlardan biri də iri çaplı piyada pulemyotudur. Müdafiə Sənayesi nazirliyinin əməkdaşı Həsən Əhmədov silahın taktiki texniki xüsusiyyətləri barədə məlumat verdi: “Cari ildə ADEX -2022 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən yeni növ silah növlərindən biri də gördüyünüz İPP 12.7 mm-lik iri çaplı piyada pulemyotudur. Bu Azərbaycan mühəndisləri tərəfindən yaradılıb. Müəssisə sınaqları keçirilib və üzərində işlər davam etdirilir. Pulemyotdan atəş açmaq üçün həm iki ayaqlı həm də üçayaqlı dəzgaha quraşdırmaq mümkündür. Silahın qidalanması tutumu 50 mərmi tutumu olan qutu vasitəsilə aparılır. İstifadə olunan mərmilər 12.7X108 mm olan mərmilərdir. Pulemyotdan həm mexaniki, həm də optik nişangahla 2000 metrədək nişanalma məsafəsinə malikdir”. Müdafiə Sənayesi nazirliyinin stendində olan digər yeni yerli silah isə İST-23 snayper tüfəngidir. Azərbaycan mühəndisləri tərəfindən yaradılan bu silah bütün sınaqlardan keçib və istehsal edilməkdədir: “Bu snayper tüfəngi əllə doldurulan silahdır. İstifadə olunan optik nişangahla 2000 metrədək nişanalma məsafəsi var. Çox effektivdir silahdır. İstənilən zirehli texnikanı və döyüş vasitələri sıradan çıxarma qabiliyyətinə malikdir”. Sərgidə iştirak edən şirkətlərdən biri də Türkiyənin STM yəni, Savunma Teknolojileri Mühendislik şirkətidir. Bu şirkət öz stendində multifunksional hərbi gəmi layihələri və bir neçə dronlarını nümayiş etdirir. APA TV-yə açıqlama verən şirkətin baş direktoru Özgür Güleryüz Azərbaycan hərbi gəmiləri üçün hazırlanmış yeni texnologiyalar və Türkiyənin ilk yerli sualtı qayığı barədə danışıb: “STM bir çox fərqli fəaliyyət sahələrində, habelə kiber təhlükəsizlik, hərbi idarə mərkəzləri, taktiki PUA sistemləri və bir neçə nümunələrlə, xüsusilə hərbi gəmi layihələrimizlə iştirak edir. STM-in növbəti işlərindən biri də milli taktiki PUA sistemidir. Bunlara kamikadze, müşahidə dronları da aiddir. Bütün ziyarətçiləri STM nümunələrinə baxmağa dəvət edirik”. Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgiləri sentyabrın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR