Jurnalistlər Vətən Müharibəsinin qazilərinə və əlillərə göstərilə xidmətlərlə tanış oldular

# 18:00
16 aprel 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatına mediatur təşkil edilib.

 

APA TV xəbər verir ki, mətbuat nümayəndələri pansionatda Vətən Müharibəsi qazilərinə, həmçinin ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar.

 

Jurnalistlərə məlumat verilib ki, bu ilin  fevralın 25-də açılan və ölkədə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun şərait yaradılıb.

 

128 palatadan ibarət olmaqla, 250 çarpayılıq olan pansionatda ildə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunur.

 

Media nümayəndələri Pansionatda qazilərimizlə bağlı aparılan reabilitasiya xidmətləri ilə də tanış olublar. Burada qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir.

 

Jurnalistlərə məlumat verilib ki, postmüharibə dövründə reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. 16 hərbçi yüksək texnologiyalı yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb.

 

Qeyd edək ki, 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR