Kabildə əhaliyə yardım edən sülhməramlılarımızın görüntüləri yayıldı
Sülhməramlılarımızın Əfqanıstandakı xidmətindən bəhs edən yeni görüntülər yayılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hazırda Kabil hava limanını mühafizə edən sülhməramlılarımız burada təkcə hərbi xidmətlə kifayətlənmir.
Onlar, həmçinin, yaralılara qayğı da göstərir və digər mümkün vasitələrlə insanlara yardım edir.
Təqdim edəcəyimiz bu videoda hərbçilərimizin Kabil hava limanındakı fəaliyyəti əks olunur. Burada onlar sıxlıqda qalan uşaqları götürərək təhlükəsizliyini təmin ediblər.
Qeyd edək ki, ötən gün NATO Baş Katibi Yens Stoltenberq Kabil hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana sülhməramlılarına minnətdarlığını bildirib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq