Kainatın ən qədim qalaktikası aşkar edildi
Alimlər kainatın ən qədim qalaktikasının necə göründüyünü aşkar ediblər. Lent.az xarici mətbuata istinadən məlumat yayıb ki, "Ceyms Uebb" teleskopu kainatın ən qədim qalaktikası olan Meysini qeydə alıb. Bu qalaktikanın ortaya çıxması böyük partlayışdan 390 milyon il sonra baş verib və bu, spektroskopik analizlə təsdiqlənib. Sözü gedən qalaktika Ostindəki Texas Universiteti astronomu Stiven Finkelşteyn tərəfindən kəşf edilib və onun qızının adını daşıyır. Onun fikrincə, Meysi qalaktikası ona görə maraqlıdır ki, o, "Ceyms Uebb" teleskopu tərəfindən müəyyən edilən ilk uzaq qalaktikalardan biridir. Astronom qeyd edib ki, belə böyük qalaktikanın yaradılmasının necə baş verdiyini izah etmək son dərəcə çətindir
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu