Karantin rejimini pozan kafe sahibi və 11 müştəri yaxalandı - SUMQAYITDA
Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe aşkarlanıb.
APA TV-nin məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.
Ümumilikdə 12 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq kafenin icarədarı 25 sutka müddətinə inzibati qaydada həbs edilib, digərləri cərimə olunub.
Sumqayıtda analoji reydlər bundan sonra da davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi