Keçmiş əri evli qadını belə şantaj etdi

# 19:33
6 mart 2023

Azərbaycanda görünməmiş şantaj hadisəsi baş verib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.

 

Rayonun Səfikürd kənd sakini, 31 yaşlı S.A (qadın )polisə ərizə ilə müraciət edərək keçmiş əri tərəfindən şantaj olunduğunu bildirib.

 

Qadın şikayətində qeyd edib ki, keçmiş əri Elnur Şükürlüdən illər əvvəl boşanıb. Boşandıqdan sonra yeni ailə həyatı qurub. Buna baxmayaraq o, keçmiş əri ilə bir neçə dəfə görüşüb. Bundan sui-istifadə edən keçmiş ər qadını şantaj edib. Belə ki, keçmiş əri onunla görüşəcəyini onun hazırki ərinə və valideynlərinə deyəcəyi ilə hədələyib, külli miqdarda pul tələb edib.Daxil olan şikayət əsasında Goranboy polisi tərəfindən araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR