Keçmiş məhkumdan dəhşətli QƏTL
Prokurorluq keçmiş məhkumun tanışını baltalaması barədə məlumat yayıb.
Cəlilabad rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aprelin 27-i saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Cəmil Bayramovun yaşadığı kənd ərazisində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 40 yaşlı Çingiz Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Cəmil Bayramovun baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Çingiz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib