Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı götürüldü
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb.
Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124
qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şahnəzər Bəşirov, APA TV, Ağsu
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib