Kəlbəcərdə minaya düşən şəxslərin müalicəsi davam edir

# 17:16
15 dekabr 2022

Ötən gün Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində minaya düşən 8 nəfərdən 3-ü müalicəsini Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanada davam etdirir.

 

47 yaşlı Siyasət Ziyadxan oğlu Allahverdiyev, 53 yaşlı Rodik Şəmistan oğlu Pənahov və 26 yaşlı Sadir Heydər oğlu Əliyarovun vəziyyəti nəzarət altındadır.

 

Qeyd edək ki, hadisə zamanı 1970-ci il təvəllüdlü Tofiq Hacımirzə oğlu Balakişiyev də yaralanıb.

 

Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işləri ilə məşğul olurmuşlar.

 

Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi də yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.

 

Qeyd edək ki, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu isə şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR