Rusiyadan həyəcan siqnalı: Bu fəlakətlərin bənzəri görülməyib

# 20:35
17 avqust 2021

İqlim dəyişikliyi ilə bağlı növbəti həyəcan siqnalı Rusiyadan gəlib.

 

Rusiya prezidenti Vladimir Putin Sibir ərazisində baş verən yanğınlarla bağlı keçirilən video-konfransda iqlim dəyişikliyi ilə sistematik mübarizənin vacibliyini vurğulayıb.

 

O, son günlər ölkə ərazisində baş verən təbiət dəyişikliklərinə heç vaxt rast gəlinmədiyini söyləyib.

 

Onun sözlərinə görə, Rusiyanın bəzi bölgələrində təbii fəlakətlər bənzəri görülməmiş böyüklükdədir. Ölkənin cənubunda bir ayda yağması gözlənilən ümumi yağış bir neçə saat ərzində yağa bilir. Şərqdə isə quraqlıq, güclü və ani küləklər artır.

 

Rusiyanın Sibir bölgəsində iyul ayından başlayan yanğınlar hələ də davam edir.

 

Bu günə qədər 3 milyon hektardan çox meşəlik ərazi külə dönüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR