Kənddə bağça var, uşaq da çoxdur, amma valideynlər uşaqları bağçaya qoymur
Lənkəranın Vilvan kənd uşaq bağçası cəmi 40 uşaq qəbul edə bilir. Səbəb isə bağçanın korpuslarının və otaqlarının qəzalı vəziyyətdə olmasıdır. Vəziyyət o qədər təhlükəlidir ki, valideynlər qorxduqları üçün uşaqlarını bağçaya yazdırmırlar.
Kənd sakinləri bildirir ki, uşaqlarını bağçaya qoymaq istəyənlərin sayı çox olsa da ailələr uşaqlarının həyatı üçün qorxduğundan bağçaya yazdırmırlar.
Lənkəran Təhsil sektorundan bildirdilər ki, Vlivan kənd bağçasının vəziyyətindən xəbərdardırlar. Yaxın vaxtlarda yeni bağça binasının tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Vilvan kənd uşaq bağçası 1973-cü ildən istifadəyə verilib. Vaxtilə bağça iki korpusdan ibarət olub. Bu korpuslarda 4 qrupda 80 uşaq təlim – tərbiyə alıb.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib