Kərim Şükürov: "Ramiz Mehdiyev intriqalarla məşğuldur"

# 12:32
20 yanvar 2022

“Bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, yanvarın 21-də tutduğum vəzifədən istefa verəcəyəm”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq yaydığı açıqlamada bildirib.

 

Kərim Şükürov rəhbərliyi dövründə institutda 3 cildlik Respublika tarixi, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixinin yazıldığını, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabının dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunduğunu bildirib: 

 

“Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA-nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir”, - deyə o qeyd edib.  

 

Kərim Şükürov Tarix İnstitutu ilə yanaşı, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa haqqında ərizəni sabah təqdim edəcəyini vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR