Kərpic zavodunda faciə baş verdi, ölən var – BALAKƏNDƏ
Balakəndə kərpic istehsalı zavodunda faciə baş verib.
APA TV-nin məlumatına görə, hadisə Balakən şəhəri 28 may küçəsində yerləşən Kərpic İstehsalı Müəssisəsində baş verib.
Belə ki, müəssisədə sürücü vəzifəsində çalışan rayon sakini 1991-ci il təvəllüdlü Murtuz Muradov idarə etdiyi avtokarla iş yoldaşı 1947-ci il təvəllüdlü Əhməd Malaxovu ehtiyatsızlıqdan vurub.
Əhməd Malaxov aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi