Qaz verilişində fasilələr olacaqmı? - “AZƏRİQAZ” AÇIQLADI

# 16:29
11 noyabr 2022

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

 

Aksiyada qışa hazırlıq tədbirləri barədə məlumat verilib.

 

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov bildirib ki, “Azəriqaz” qışa tam hazırdır.

 

Onun sözlərinə görə, hazırda, qaz təchizatı ilə bağlı heç bir problem yoxdur: “Son bir həftə ərzində havalar soyuyandan sonra 1744 şikayət qəbul olundu, qaz təchizatında qazın təzyiqinin aşağı olması ilə bağlı ilk bir həftə ərzində, bununla bağlı  tədbirlər görülüb, hazırda qəbul olunan şikayətlər bizim normal günlərdə işlədiyimizə uyğun olaraq 100-150 arasıdır”

 

Rauf Əhmədov qeyd edib ki, son iki gündə 261 şikayət qəbul olunb ki, bu da şikayət sayının azaldığını göstərir.

 

Onun sözlərinə görə, “Azəriqaz” İB əhali və qeyri-əhali olmaqla, 1 mln. 180 minə qədər abonentə xidmət göstərir.

 

Ümumilikdə  2021-ci ilin oktyabr ayında qurumun 104 çağrı mərkəzinə 19194 müraciət daxil olub. Cari ilin oktyabrında isə bu rəqəm 4158 civarındadır.

 

Qış rejiminə hazırlıqla bağlı, 668 ədəd qaz tənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armatur quraşdırılıb və ya yenisi ilə əvəzlənib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR