Kəşfiyyat Rusiyanın Kiyevlə bağlı planını açıqladı
Rusiya Çerniqov ətrafında hərbi aktivliyi azaltmaq niyyətində olması ilə bağlı bəyanatlarına baxmayaraq top atəşi və raket zərbələrini davam etdirib.
APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Rusiya qüvvələri məhdud sayda bölmələrinin geri çəkilməsinə baxmayaraq, Kiyevin şərqində və qərbindəki mövqelərini saxlayıb və qarşıdakı günlərdə şəhər ətrafında ağır döyüşlərin baş verəcəyi ehtimal edilir.
Məlumatda vurğulanıb ki, Rusiya qüvvələri üçün əsas hədəf olan Mariupolda ağır döyüşlər davam edir, lakin Ukrayna şəhərin mərkəzinə nəzarəti hələ də özündə saxlayır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu