Keşlədə tanışını bıçaqla öldürən şəxs saxlanıldı – APA TV

# 01:32
12 aprel 2024

Bakıda qətl hadisəsi olub. Olay Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov ilə 31 yaşlı Quliyev Anar Malik oğlu arasında mübahisə yaranıb. Nəticədə Anar bıçaqlanaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o, dünyasını dəyişib. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Qeyd edək ki, Anar Quliyev Keşlə qəsəbəsində kababçı işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR