Kılıcdaroğluna TOGG hədiyyə edilməyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibə verib.
Ərdoğan jurnalistlərin “CHP sədri Kamal Kılıçdaroğluna TOGG avtomobili hədiyyə etməyi düşünürsünüz?” sualına maraqlı cavab verib.
O, Kılıçdaroğluna ölkənin ilk yerli elektrik avtomobili olan TOGG-un hədiyyə edilməyəcəyini bildirib:
“Cənab Kamalı TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o gəlmədi. Fabrikin yerini bilmir. İstehsala inanmır. Hər kəs növbə gözləyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avtomobilin rəngini belə özü seçib. İlham Əliyev qardaşım da “Anadolu qırmızısı”nı seçdi. Kılıçdaroğlu pulunu versin, alsın. Pulu var hər halda. Biz necə ödənişi edib almışıqsa, o da alsın”, - Ərdoğan qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu